AZ

İsrail səfiri Britaniya XİN-ə çağırıldı

İsrailin Böyük Britaniyadakı səfiri Tsipi Hotoveli bu gün İsrailin Ali Planlaşdırma Komitəsinin Qüdsün şərqində E1 bölgəsində məskunlaşma planını təsdiqləmək qərarından sonra Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

“Ölkə.az” xəbər verir ki, bu barədə Böyük Britaniya XİN-i məlumat yayıb.

“Böyük Britaniya 21 beynəlxalq tərəfdaşla birlikdə bu qərarı kəskin şəkildə pisləyən məktub göndərib. Əgər həyata keçirilsə, tikinti və məskunlaşma planları beynəlxalq hüququn kobud şəkildə pozulması olacaq və gələcək Fələstin dövlətini iki hissəyə böləcək. Bu, iki dövlətli həll imkanını kökündən sarsıdacaq”, - nazirliyin saytndakı məlumatda bildirilir.

Seçilən
46
4
olke.az

8Mənbələr