EN

Ermənistana qaz nəqli DAYANDIRILIR - SƏBƏB

Ermənistana qaz nəqli müvəqqəti olaraq dayandırılacaq.

Modern.az xəbər verir ki, bu barədə "Qazprom Ermənistan" şirkəti məlumat yayıb.

Buna səbəb Gürcüstan ərazisində fövqəladə bərpa işlərinin aparılması göstərilib.

"İşlər "Qırmızı Körpü-Sevkar-Berd" tranzit magistral qaz kəmərində aparılacaq, bununla əlaqədar avqustun 22-si səhər saat 6:00-dan etibarən qaz tədarükü 24 saat müddətinə dayandırılacaq", - deyə məlumatda bildirilib.

Həmçinin qeyd edilib ki, istehlakçıların qaz təchizatı daxili ehtiyatlar və İrandan əlavə həcmdə təbii qaz tədarükü sayəsində təmin olunacaq.

Chosen
32
6
modern.az

10Sources