EN

Bu dərmanlar pulsuz veriləcək VİDEO

ain.az bildirir, Bakivaxti portalına istinadən.

Gələn ildən bəzi dərmanlar sığorta hesabına veriləcək.

Bakıvaxtı.az Xəzər TV-yə istinadən məlumat verir ki, 2026-cı ildən etibarən vətəndaşlar yalnız tibbi xidmətlərlə deyil, həm də həkim resepti ilə yazılan müəyyən dərman vasitələri ilə təmin olunacaqlar.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmisi Sevil Əliyevanın sözlərinə görə, xidmət elektron resept əsasında həyata keçiriləcək. Vətəndaşlar agentliyin müqavilə bağladığı özəl apteklərdən birinə yaxınlaşaraq həmin dərmanları ala biləcəklər.

O da qeyd olunub ki, özəl apteklər xüsusi loqolarla işarələnəcək ki, vətəndaşlar asanlıqla tapa bilsinlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
38
8
bakivaxti.az

10Sources