AZ

Gələn ildən bəzi dərmanları pulsuz almaq mümkün olacaq

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Gələn ildən bəzi dərmanlar sığorta hesabına veriləcək.

Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, 2026-cı ildən etibarən vətəndaşlar yalnız tibbi xidmətlərlə deyil, həm də həkim resepti ilə yazılan müəyyən dərman vasitələri ilə təmin olunacaqlar.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmisi Sevil Əliyevanın sözlərinə görə, xidmət elektron resept əsasında həyata keçiriləcək. Vətəndaşlar agentliyin müqavilə bağladığı özəl apteklərdən birinə yaxınlaşaraq həmin dərmanları ala biləcəklər.

O da qeyd olunub ki, özəl apteklər xüsusi loqolarla işarələnəcək ki, vətəndaşlar asanlıqla tapa bilsinlər.

Ətraflı süjetdə:

Gələn ildən bəzi dərmanları pulsuz almaq mümkün olacaq

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
5
oxu.az

10Mənbələr