EN

SOCAR ın prezidenti CC7 nümayəndə heyəti ilə əməkdaşlıq imkanlarını MÜZAKİRƏ ETDİ FOTO

ain.az, Bizim media portalına istinadən məlumat yayır.

Avqustun 21-də SOCAR-ın prezidenti Rövşən Nəcəf Çin Milli Kimya Mühəndisliyi və İnşaat Korporasiyasının (CC7) İdarə Heyətinin sədri Long Haiyangın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.SOCAR-ın mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, görüşdə qurumun enerji sektoru üzrə fəaliyyət istiqamətləri, Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi strateji layihələr barədə məlumat verilib.Azərbaycan və üçüncü ölkələrdə neft və neft-kimya sənayesi sahəsində mümkün əməkdaşlıq imkanları müzakirə edilib.Qeyd edək ki, CC7 Çinin ən böyük EPC podratçılarından biri olan CNCEC-in törəmə şirkətidir.1964-cü ildə əsası qoyulmuş və baş ofisi Çenqdu şəhərində yerləşən CC7 Asiya, Yaxın Şərq və Afrikada kimya və qeyri-kimya sektorlarında fəaliyyət göstərir.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
26
17
bizim.media

10Sources