AZ

SOCAR prezidenti Çin Milli Kimya Mühəndisliyi və İnşaat Korporasiyasının İdarə Heyətinin sədri ilə görüşüb

SOCAR-ın prezidenti Rövşən Nəcəf Çin Milli Kimya Mühəndisliyi və İnşaat Korporasiyasının (CC7) İdarə Heyyətinin sədri Long Haiyangın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Far.Az-ə SOCAR-dan bildirilib.

Görüşdə SOCAR-ın enerji sektoru üzrə fəaliyyət istiqamətləri, Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi strateji layihələr barədə məlumat verilib. Azərbaycan və üçüncü ölkələrdə neft və neft-kimya sənayesi sahəsində mümkün əməkdaşlıq imkanları müzakirə edilib.

Qeyd edək ki, CC7 Çinin ən böyük EPC podratçılarından biri olan CNCEC-in törəmə şirkətidir. 1964-cü ildə əsası qoyulmuş və baş ofisi Çenqdu şəhərində yerləşən CC7 Asiya, Yaxın Şərq və Afrikada kimya və qeyri-kimya sektorlarında fəaliyyət göstərir.

Seçilən
19
14
far.az

10Mənbələr