EN

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının İcraçı katibini qəbul edib

BAKI, TurkicWorld

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının İcraçı katibini qəbul edib

TurkicWorld xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, cari ilin 22 avqust tarixində "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda Laçın rayonunda keçirilməsi nəzərdə tutulmuş beynəlxalq konfransda iştirak etmək məqsədilə MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının İcraçı katibi Yuri Nikolayeviç Jdanovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfər edib.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Baş prokuroru ilə cənab Yuri Jdanov arasında ikitərəfli görüş keçirilib.

Qeyd edilib ki, Baş prokuror Kamran Əliyev qonaqları salamlayaraq, MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının fəaliyyətinin yüksək qiymətləndirdiyini ifadə edib, qısa müddət ərzində ölkəmizə ikinci səfərinin təşkilinin önəmini vurğulayaraq, bunun qurumlarası münasibətlərin yüksək səviyyədə olmasının göstəricisi olduğunu bildirib.

Vurğulanıb ki, səmimi qəbula görə təşəkkürünü bildirən Yuri Jdanov, Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovun salamlarını çatdıraraq, Azərbaycan Respublikası ilə hüquqi sahədə əməkdaşlığın möhkəmləndirilməsinə böyük önəm verdiklərini qeyd etmiş, Azərbaycan Prokurorluğunun təşkilatın fəaliyyətində aktiv iştirakını və verdiyi töhfələri yüksək dəyərləndirib.

"Görüş çərçivəsində MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının yaradılmasının 30 illiyi münasibətilə yubiley tədbirlərinin təşkili və cari ilin oktyabr ayında Tacikistanda keçiriləcək Şuranın 35-ci iclasına hazırlıq məsələləri müzakirə edilib"-məlumatda bildirilib.

Chosen
48
14
turkic.world

10Sources