EN

Özçivit ailəsində zorakılıq iddiası

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Fahriye Evcen və Burak Özçivitin ailəsində söz-söhbətlər səngimək bilmir. 

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, indi də cütlüyün ailəsində zorakılıq iddiaları səslənir. 

Qonşular onların evində dava-dalaş səsləri eşitdiklərini, bir-birilərinə səslərini yüksəltdiklərini bildiriblər. Məlumatlara görə, onların tətili zamanı da mübahisəsi davam edib.

Qeyd edək ki, bir müddət öncə cütlüyün boşandıqlarına dair məlumatlar yayılmışdı. Fahriye Evcenin instaqram profilindən “Özçivit”  soyadını çıxarması boşanma şayiələrinə səbəb olmuşdu.

Onun ərinin soyadını yenidən profilinə əlavə etməsi, bunun ardınca sosial media hesablarında birlikdə çəkdirdikləri fotonu paylaşması pərəstişkarları tərəfindən “hər şey yaxşıdır” mesajı kimi şərh edilmişdi. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
38
6
qafqazinfo.az

8Sources