AZ

Özçivit ailəsi ilə bağlı ŞOK İDDİA

Fahriye Evcen və Burak Özçivitin ailəsində söz-söhbətlər səngimək bilmir. 

News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, indi də cütlüyün ailəsində zorakılıq iddiaları səslənir. 

Qonşular onların evində dava-dalaş səsləri eşitdiklərini, bir-birilərinə səslərini yüksəltdiklərini bildiriblər. Məlumatlara görə, onların tətili zamanı da mübahisəsi davam edib.

Qeyd edək ki, bir müddət öncə cütlüyün boşandıqlarına dair məlumatlar yayılmışdı. Fahriye Evcenin instaqram profilindən “Özçivit” soyadını çıxarması boşanma şayiələrinə səbəb olmuşdu.

Onun ərinin soyadını yenidən profilinə əlavə etməsi, bunun ardınca sosial media hesablarında birlikdə çəkdirdikləri fotonu paylaşması pərəstişkarları tərəfindən “hər şey yaxşıdır” mesajı kimi şərh edilmişdi

Seçilən
20
6
news24.az

8Mənbələr