Avqustun 22-sində Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin ilk təməli atılacaq.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bəyanat yayıb.
Onun sözlərinə görə, 224 kilometrlik dəmir yolu xətti Zəngəzur dəhlizinin mühüm bir hissəsidir:
“Bununla Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə yanaşı, Pekindən Londona qədərki şərq-qərb xətti daha səmərəli fəaliyyət göstərəcək. Bu xətt həm Türkiyənin logistika imkanlarını artıracaq, həm də Asiyaya qədər uzanan ticarət yollarında təhlükəsizlik baxımından ölkənin geostrateji mövqeyini möhkəmləndirəcək”.
Uraloğlu qeyd edib ki, bu xətt Türkiyə ilə Azərbaycan arasında yeni fasiləsiz dəmir yolu əlaqəsini də təmin edəcək: