AZ

Zəngəzur dəhlizinin tarixi önəmi: Orta dəhlizin parlayan halqası

ain.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, avqustun 22-də Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu xəttinin təməli atılacaq. Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib. Nazir bildirib ki, 224 kilometr uzunluğundakı bu xətt, Zəngəzur dəhlizinin mühüm bir hissəsi olacaq və Zəngəzur dəhlizinin işə düşməsi ilə Pekindən Londona qədər uzanan Şərq-Qərb marşrutu daha səmərəli işləyəcək.

Qaynarinfo xəbər verir ki, "Hürriyet" qəzetinin yazarı Hande Fırat Zəngəzur dəhlizi və onun tarixi önəmi ilə bağlı yazı qələmə alıb. Həmin yazını təqdim edirik:

"Dünyanın diqqətlə izlədiyi Zəngəzur dəhlizində bu cümə günü mühüm mərhələ gerçəkləşəcək. Layihə Orta Asiya–Qafqaz–Türkiyə–Avropa arasında fasiləsiz nəqliyyat xətti qurmaqla yanaşı, siyasi və iqtisadi əməkdaşlıq baxımından da strateji əhəmiyyət daşıyır.

Hande Fırat

Regional əməkdaşlıq və inkişaf perspektivi

Dəhliz layihəsi Türkiyə ilə Azərbaycanın əlaqələrini daha da gücləndirəcək. Naxçıvan uzun illər Ermənistandakı qapalı sərhədlər və İran üzərindən çıxış yolu axtarırdı. Bu layihə ilə blokada bənzəri vəziyyət aradan qalxacaq, iqtisadi canlanma təmin olunacaq.

Ermənistan da layihədən kənarda qalmaq əvəzinə tranzit ölkə kimi iştirak edərək beynəlxalq sərmayə və nəqliyyat gəlirlərindən faydalana biləcək. Son razılaşmaya əsasən, dəhliz Ermənistan qanunlarına tabe olacaq.

Bu addım Cənubi Qafqazda daimi sülh və qonşuluq münasibətlərinin inkişafı üçün imkan yaradır.

Türkiyənin layihə üçün əldə etdiyi xarici maliyyələşmədə Yaponiya, İsveç, Avstriya və İslam İnkişaf Bankı kimi aktorların iştirakı, layihənin çoxtərəfli əməkdaşlıq platforması olduğunu göstərir.

Orta dəhlizin parlayan halqası

Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu avqustun 22-də Qars–İğdır–Aralıq–Dilucu dəmir yolu xəttinin təməl qoyma mərasiminin keçiriləcəyini açıqlayıb. 224 kilometrlik xətt Zəngəzur dəhlizinin mühüm hissəsini təşkil edir.

Nazirin verdiyi məlumata görə:

Xəttin illik tutumu 5,5 milyon sərnişin və 15 milyon ton yük olacaq.

İkiqatlı, elektrikləşdirilmiş və siqnallaşdırılmış xətt boyunca 5 tunel, 19 açıq-qapalı tunel, 3 viaduk ( körpü tipli nəqliyyat qurğusu), 10 körpü, 144 yeraltı keçid, 27 yürüst keçid və 480 havalandırma inşa ediləcək.

Layihə Türkiyə ilə Azərbaycan arasında yeni dəmir yolu əlaqəsi yaradacaq, bölgənin istehsal potensialını dünya bazarlarına sürətli çıxışa qovuşduracaq, eyni zamanda Transxəzər və Şimal–Cənub dəhlizlərini gücləndirəcək.

Türkiyə üçün strateji qazanım

Zəngəzur dəhlizi və onun ayrılmaz parçası olan Qars–Dilucu dəmir yolu layihəsi Türkiyə üçün strateji əhəmiyyət daşıyır. Bu dəhliz türk dünyasını birləşdirən körpü rolunu oynayacaq və Türkiyəni Asiya ilə Avropa arasında vazkeçilməz tranzit ölkə mövqeyinə gətirəcək.

Layihə tam başa çatdıqda Pekindən Londona qədər fasiləsiz dəmir yolu əlaqəsi böyük ölçüdə mümkün olacaq. Bununla yanaşı, bölgədə barış və sabitliyin infrastruktur əsaslarını da gücləndirəcək.

Yeni iqtisadi əməkdaşlıq mərhələsi

Uzun illər davam edən münaqişələrdən sonra əldə edilən bu razılaşma "qazan-qazan” prinsipi ilə bölgədə yeni iqtisadi əməkdaşlıq dövrünü başlada bilər. Ermənistan ərazisindən keçəcək hissənin tam razılaşdırılması vacibdir, lakin son gedişatlar bu maneələrin aşılmasının mümkün olduğunu göstərir.

Nəticə etibarilə, Zəngəzur dəhlizi yalnız bugünün deyil, gələcək onilliklərin də oyun dəyişdirən layihələrindən biri kimi qiymətləndirilir - həm Türkiyə, həm Azərbaycan, həm də bütün bölgə üçün".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
50
qaynarinfo.az

10Mənbələr