AZ

Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xətti Zəngəzur dəhlizinin mühüm hissəsi olacaq - Abdulkadir Uraloğlu

Bakı. Trend:

Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin təməlqoyma mərasimiavqustun 22-də baş tutacaq.

Trend-inməlumatına görə, bu barədə Türkiyənin nəqliyyat və infrastrukturnaziri Abdulkadir Uraloğlu deyib.

A.Uraloğlu bildirib ki, bu xətt Azərbaycan və Naxçıvan MuxtarRespublikası arasında əlaqəni təmin edəcək Zəngəzur dəhlizininmühüm hissəsi olacaq.

Nazir bildirib ki, Qars-Iğdır-Aralık-Dilucu dəmir yolununuzunluğu 224 kilometr təşkil edəcək. O əlavə edib ki, bu dəmir yoluxətti ildə 5,5 milyon sərnişin və 15 milyon ton yük daşımaq gücündəolacaq.

"Bu xətt sayəsində Türkiyə ilə Azərbaycan arasında yeni,fasiləsiz dəmir yolu əlaqəsi təmin ediləcək. Eyni zamanda, Şərqi vəCənub-Şərqi Anadolunun istehsal potensialı xarici bazarlara dahatez çatacaq, Aralıq dənizinin turizm potensialı artacaq", - deyə oqeyd edib.

Onun sözlərinə görə, Cənubi Qafqazda iqtisadi əməkdaşlığıartıracaq Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə PekindənLondona qədər davam edən şərq-qərb xətti daha səmərəli fəaliyyətgöstərəcək.

Seçilən
45
2
az.trend.az

3Mənbələr