EN

İyul ayında Türkiyədən Özbəkistana dəri ixracı artıb (ÖZƏL)

BAKI, TurkicWorld, Zeynəb Raminqızı

Türkiyə 2025-cü ilin iyul ayında Özbəkistana dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 211,5 faiz artaraq, 363 min 48 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Özbəkistana dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 30,5 faiz azalaraq, 2 milyon 890 min 33 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz azalaraq, 849 milyon 516 min dollara bərabər olub.

“Bu ilin iyul ayında Türkiyə 132 milyon 770 min dollar məbləğində dəri ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 4,2 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2024-iyul 2025) Türkiyə 1 milyard 488 milyon 430 min dollar məbləğində dəri ixrac edib.

Chosen
28
11
turkic.world

10Sources