BAKI, TurkicWorld, Zeynəb Raminqızı
Türkiyə 2025-cü ilin iyul ayında Çinə elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 22,2 faiz azalaraq, 5 milyon 18 min 49 dollara çatdırıb.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Çinə elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artaraq, 46 milyon 97 min 82 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 9 milyard 890 milyon 918 min dollara bərabər olub.
“Bu ilin iyul ayında Türkiyə 1 milyard 567 milyon 617 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 11,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2024-iyul 2025) Türkiyə 17 milyard 319 milyon 83 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.