EN

Tokayev “KazMunayQaz”ın rəhbəri ilə əlavə neft ixrac marşrutlarını müzakirə edib

Qazaxıstan hazırda əlavə neft ixrac marşrutlarının hazırlanması üzərində işləyir.

“İki sahil” xəbər verir ki, bu məsələ Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə “KazMunayQaz” milli neft şirkətinin idarə heyətinin sədri Asxat Xasenov arasında keçirilən görüşdə müzakirə olunub.

“Əlavə marşrutların işlənməsi üzrə işlər aparılır: 2025-ci ilin ilk 7 ayında Azərbaycana (Bakı-Tbilisi-Ceyhan neft kəməri üzrə) 0,9 milyon ton, Almaniyaya 1,1 milyon ton, Macarıstana isə 85 min ton həcmində Qazaxıstan neftinin ilk partiyası çatdırılıb”, - məlumatda deyilir.

Xasenov bildirib ki, “KazMunayQaz” aktiv şəkildə geoloji-kəşfiyyat işləri aparır: “Bu il mövcud yataqların əlavə kəşfiyyatı çərçivəsində 7 quyunun qazılması planlaşdırılır, onlardan üçü faktiki olaraq qazılıb”.

Onun sözlərinə görə, hesabat dövründə Qazaxıstanın neft və kondensat hasilatının həcmi 2024-cü ilin analoji dövrünün göstəricisini 9 % üstələyərək 15,3 milyon ton təşkil edib. “Təbii və səmt qazının hasilatının həcmi isə 6,7 milyard kubmetrə çatıb ki, bu da ötən ilin göstəricilərindən 19 % çoxdur. 2025-ci ilin ilk 7 ayında yerli neft emalı zavodları 10,4 milyon ton neft emal edib”, - “KazMunayQaz” rəhbəri söyləyib.

Chosen
35
17
ikisahil.az

10Sources