EN

Pakistanda musson yağışları: 600-dən çox adam ölüb

Pakistanda iyun ayının sonundan başlayan musson yağışları 660 nəfərin həyatına son qoyub, 929 nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə Pakistan Milli Fəlakətlərin İdarəedilməsi İdarəsi məlumat yayıb.

Məlumata görə, təbii fəlakət nəticəsində 2 500-ə yaxın bina zədələnib, 30 minə yaxın insan təxliyə edilərək müvəqqəti sığınacaqlara yerləşdirilib.

Heyvandarlığa və əkinçiliyə xeyli ziyan dəyib.

Qeyd edilir ki, ən çox insan itkisi ölkənin şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində qeydə alınıb. 392 nəfər həyatını itirb.
Chosen
11
28
sherg.az

10Sources