Bakı. Trend:
Pakistanda iyun ayının sonundan başlayan musson yağışları 660nəfərin həyatına son qoyub, 929 nəfər yaralanıb.
Trend xəbər verir ki, bubarədə Pakistan Milli Fəlakətlərin İdarəedilməsi İdarəsi məlumatyayıb.
Məlumata görə, təbii fəlakət nəticəsində 2 500-ə yaxın binazədələnib, 30 minə yaxın insan təxliyə edilərək müvəqqətisığınacaqlara yerləşdirilib.
Heyvandarlığa və əkinçiliyə xeyli ziyan dəyib.
Qeyd edilir ki, ən çox insan itkisi ölkənin şimal-qərbindəkiHayber-Paxtunxva əyalətində qeydə alınıb. 392 nəfər həyatınıitirb.