EN

Rahid Əmirquliyev klub rəhbəri oldu

style='margin-bottom:10px;'>

Yeni mövsümdən Azərbaycan 1-ci liqasında çıxış edəcək "Şahdağ Qusar"da yeni təyinat gerçəkləşib. 

QOL.az xəbər verir ki, komandanın kapitanı Rahid Əmirquliyev klubun yeni prezidenti seçilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı yarımmüdafiəçi həm komandanın kapitanı kimi meydanda olacaq, həm də klub rəhbəri kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Azərbaycan millisinin, "Xəzər Lənkəran" və "Qarabağ"ın sabiq üzvü olan Rahid Əmirquliyev 2023-cü ildən "Şahdağ Qusar"da çıxış edir. 

Chosen
12
10
teleqraf.com

10Sources