AZ

Rahid Əmirquliyev klub prezidenti oldu

I Liqada mübarizə aparan "Şahdağ Qusar"da yeni təyinat olub.

Sportal.az xəbər verir ki, Rahid Əmirquliyev klubun prezidenti təyin olunub. Bu barədə bölgə təmsilçisinin mətbuaat xidməti məlumat yayıb.

36 yaşlı yarımmüdafiəçi klub rəhbəri olmaqla yanaşı karyerasını da davam etdirəcək.

Qeyd edək ki, Rahid Əmirquliyev karyerası ərzində "Xəzər Lənkəran", "Qarabağ" və "Səbail"də də çıxış edib. O, Azərbaycan milli komandasının heyətində 60 oyun keçirib.

saytlarin hazirlanmasi

Seçilən
6
12
sportal.az

10Mənbələr