EN

Zelenskidən güzəştə getməsi tələb ediləcək Elman Nəsirov

Metbuat portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Alyaska sammitindən sonra Vaşinqtonda keçiriləcək görüşün son dərəcə çətin və gərgin olması gözlənilir. İstisna deyil ki, Zelenskinin inadkarlığı və güzəştə getməməsi fonunda ABŞ prezident seçkilərinin keçirilməsi məsələsi aktuallaşa bilər. Bu səbəbdən Tramp–Zelenski dialoqu həm Ukraynanın, həm də regionun gələcək siyasi mənzərəsini müəyyən edə bilər”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. Millət vəkili hesab edir ki, proqnozlara görə, Zelenskidən daha çox güzəştə getməsi tələb ediləcək:

“Alyaskada Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən danışıqların nəticələri ilə bağlı sualı cavablandıran Tramp bildirib ki, “onballıq şkala üzrə nəticələrimiz 10 ballıqdır və həmin nəticələrin artıq Zelenski ilə müzakirəsi və qəbul olunması əsas hədəfimdir”. Məhz bu kontekstdə Putinin və Trampın görüşündən dərhal sonra Tramp Avropa liderləri, aparıcı Avropa ölkələrinin başçıları ilə, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışıqları aparıb. Lakin Tramp–Putin razılaşmaları Avropa İttifaqının aparıcı dövlətlərinin liderlərinin narazılığına səbəb olub. Avropa Komissiyasının prezidenti də daxil olmaqla qəbul edilən bəyanatda həmin razılaşmaların əleyhinə mövqe ortaya qoyulub. Belə bir şəraitdə avqustun 18-də Donald Tramp Zelenskini Ağ Evə dəvət edib. Gözlənilir ki, görüş çox mürəkkəb və gərgin keçəcək”.

Elman Nəsirov vacib bir məqamı da vurğulayaraq bildirib ki, Zelenskini Avropanın aparıcı dövlətləri və Avropa Komissiyası müdafiə edir. Lakin reallıqda ABŞ-nin Zelenskinin yanında olmayacağı təqdirdə, Ukraynanın Rusiya ilə müharibəni davam etdirə bilib-bilməyəcəyi sualı aktuallaşır:

“Ukraynanın NATO və Avropa İttifaqına üzvlükdən imtina etməsi, ərazisində nüvə silahının yerləşdirilməsinə qadağa qoyması, demilitarizasiya ilə bağlı öhdəlik götürməsi kimi məsələlərin də Tramp tərəfindən gündəmə gətiriləcəyi istisna olunmur. Trampın mövqeyi bundan ibarətdir. Bu danışıqların son dərəcə çətin və gərgin olması gözlənilir. İstisna deyil ki, Zelenskinin seçkilərin keçirilməsində maraqlı olmadığı bilinsə də, Tramp bunun əksini tələb edə bilər. Nəticədə, ya Zelenski Trampın irəli sürdüyü güzəştləri qəbul edəcək, ya da ABŞ Ukraynada başqa bir lideri prezident postunda görmək istədiyini açıq şəkildə ortaya qoya bilər. Vəziyyətin bu qədər kritik olması xüsusi diqqət çəkir”.

Gülbəniz Hüseynli / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
15
40
metbuat.az

10Sources