AZ

Tramp Zelenski ilə görüşdən sonra Putinə zəng edəcək

Putin bu görüşdən sonra zəngimi gözləyir.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı deyib.

O, bu söhbət zamanı özü, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Zelenski arasında üçtərəfli görüş ideyasını qaldıracağını söyləyib.

"Üçtərəfli görüş ola da bilər, olmaya da. Əgər üçtərəfli görüş olmasa, döyüşlər davam edəcək, əgər olarsa, müharibəyə son qoymaq üçün yaxşı şansımız olacaq", - Tramp bildirib.
Seçilən
38
50
sherg.az

10Mənbələr