AZ

Tramp, Zelenski və Putin arasında üçtərəfli görüş ola bilər – Tramp açıqladı

  ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş zamanı Rusiya Prezidenti Vladimir Putin ilə üçtərəfli görüş keçirilməsinə çağırış edib.

Referans xəbər verir ki, Tramp belə bir görüşün Ukraynada münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün vacib olduğunu bildirib.

O vurğulayıb ki, Avropa liderləri ilə aparacağı danışıqlardan sonra Putinə zəng edəcək.

“Üçtərəfli görüşümüz ola bilər, olmaya da bilər. Əgər görüş baş tutmasa, döyüşlər davam edəcək. Görüş olarsa, mümkün nəticə əldə etmək şansımız yüksəkdir”, – Tramp qeyd edib./Globalinfo.az  

Seçilən
38
50
referans.az

10Mənbələr