EN

"Qarabağ"la "Ferensvaroş"un gücü eynidir" - Robbi Kin

"İki komandanın gücü demək olar ki, bərabərdir. Lakin istədiyimiz kimi oynasaq, rəqibə çox problem yarada bilərik".

QOL.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının pley-off mərhələsininin ilk oyunu çərçivəsində sabah "Qarabağ"la qarşılaşacaq "Ferensvaroş"un (Macarıstan) baş məşqçisi Robbi Kin bu gün görüş üçün təşkil edilən mətbuat konfransında deyib. 

O, "Qarabağ"ın yaxşı komanda olduğunu, lakin Çempionlar Liqasının Liqa məthələsinə vəsiqə şansını əldən verməməyə çalışacaqlarını bildiriib: "Belə matçlarda əsas olan qol buraxmamaqdır. Çünki öndə elə hücumçularımız var ki, mütləq qol vurmaq imkanlarımız olacaq. Rəqib yaxşı komandadır, lakin bu oyun klubumuz üçün böyük fürsətdir. Çünki son illərdə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq üçün o qədər də böyük şans olmayıb. Bu, həm futbolçu, həm də məşqçi kimi böyük motivasiyadır. Mən oyunçulardan intensivlik və ürəklə, ruhla mübarizə gözləyirəm".

Robbi Kin 2022-ci ildə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la "Ferenesvaroş" arasında keçirilən oyunlara baxdiğını da qeyd edib: "Üç il əvvəl "Qarabağ"la oyunu izləməmişdim. Bu isə tamamilə fərqli oyun olacaq. Hər iki komandanın yeni oyunçuları var. Əvvəlki Ceyms Bond filmlərinin heç biri sonuncusu ilə eyni deyil. Amma təbii ki, Azərbaycan çempionunun son oyunlarına baxmışam".

"Qarabağ”la oyunun önəminə diqqət çəkən baş məşqçi bu səbəbdən ölkə çempionatının son turunda əsas heyətin 10 futbolçusuna istirahət verdiyini vurğulayıb: “Mən oyunçularımın ürəklə mübarizə aparacaqlarına əminəm. Onlardan azarkeşləri ruhlandıracaq oyun göstərmələrini gözləyirəm".

Qeyd edək ki, avqustun 19-da keçiriləcək "Ferensvaroş" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq və saat 20:45-də başlayacaq.
Chosen
45
50
sherg.az

10Sources