AZ

Qarabağ la Ferensvaroş un gücü eynidir Robbi Kin

Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"İki komandanın gücü demək olar ki, bərabərdir. Lakin istədiyimiz kimi oynasaq, rəqibə çox problem yarada bilərik".

QOL.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının pley-off mərhələsində sabah "Qarabağ"la qarşılaşacaq "Ferensvaroş"un baş məşqçisi Robbi Kin bu gün oyun üçün təşkil edilən mətbuat konfransında deyib. 

O, "Qarabağ"ın yaxşı komanda olduğunu, lakin Çempionlar Liqasının Liqa məthələsinə vəsiqə şansını əldən verməməyə çalışacaqlarını bildiriib: "Belə matçlarda əsas olan qol buraxmamaqdır. Çünki öndə elə  elə hücumçularımız var ki, mütləq qol vurmaq imkanlarımız olacaq. Rəqib yaxşı komandadır, lakin bu, klubumuz üçün böyük fürsətdir. Çünki son illərdə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq üçün o qədər də böyük şansı olmayıb. Bu, həm futbolçu, həm də məşqçi kimi böyük motivasiyadır. Mən oyunçulardan intensivlik və ürəklə, ruhla mübarizə gözləyirəm".

Robbi Kin 2022-ci ildə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la "Ferenesvaroş" arasında keçirilən oyunla baxdiğını da qedy edib: "Üç il əvvəl "Qarabağ"la oyunu izləməmişdim. Bu isə tamamilə fərqli oyun olacaq. Hər iki komandanın yeni oyunçuları var. Əvvəlki Ceyms Bond filmlərinin heç biri sonuncusu ilə eyni deyil. Amma təbii ki, Azərbaycan çempionunun son oyunlarına baxmışam".

Qeyd edək ki, "Ferentsvaroş" - "Qarabağ" oyunu avqustun 19-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də başlayacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
50
qol.az

10Mənbələr