EN

ChatGPT-yə aşiq oldu, arvadını boşayır

Süni intellektə aşiq olan şəxs həyat yoldaşından boşanmaq qərarı alıb.

Milli.Az xəbər verir ki, qeyri-adi hadisə Çində baş verib.

75 yaşlı Jiang adlı şəxs bir müddətdir danışdığı süni intellekt söhbət proqramına aşiq olduğunu açıqlayıb və bu səbəbdən həyat yoldaşından boşanmaq qərarına gəlib.

Hazırda cütlük boşanma ərəfəsindədir.

Qeyd edək ki, buna bənzər hadisə bir müddət əvvəl də baş vermişdi. İngiltərədə yaşayan Şarlotta adlı qadın 20 illik ərini ChatGPT-yə görə boşamışdı.

İsmayıl
Milli.Az

Chosen
13
50
milli.az

10Sources