AZ

Meloni Ukrayna böhranının həlli üçün birləşməyə çağırdı

BAKI, 19 avqust. TELEQRAF

Əgər biz sülhə nail olmaq və ədaləti təmin etmək istəyiriksə, birləşməliyik.

Teleqraf xəbər verir ki, bunu İtaliyanın Baş naziri Corciya Meloni Ağ Evdə Avropa liderləri ilə ABŞ Prezidenti Donald Tramp və Ukrayna dövlət başçısı Volodimir Zelenski arasında çoxtərəfli görüşdə söyləyib.

O, bütün görüş iştirakçılarını Ukrayna böhranından çıxış yollarının axtarışında birliyə çağırıb.

Meloni qeyd edib ki, Donald Tramp münaqişənin həlli yollarının axtarışında yeni mərhələyə başlamağa nail olub.

O həmçinin xatırladıb ki, İtaliya Ukraynaya NATO Nizamnaməsinin kollektiv müdafiəyə dair 5-ci maddəsinə əsaslanan təhlükəsizlik zəmanətləri verilməsini təklif edib.

Seçilən
59
38
teleqraf.com

10Mənbələr