EN

Sərxoş vəziyyətdə sərnişin daşıyan avtobus sürücüsü həbs edildi

Azərbaycanda sərxoş vəziyyətdə sərnişin daşıyan “İsuzu” markalı avtobus sürücüsü həbs edilib.

 

Bu barədə Senzor.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, Ekoloji nəzarət postunda yoxlama zamanı nəqliyyat vasitəsini idarə edən, Ağcabədi rayonu sakini Əliyev Tural Hüseyn oğlunun alkoqollu içki qəbul etməsinə əsaslı şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən, sürücünün sərxoş vəziyyətdə olduğu təsdiqlənib.

 

Sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə T.Əliyev 15 gün müddətinə inzibati qaydada həbs edilib.

 

Chosen
73
38
senzor.az

10Sources