AZ

Ekspert: “Sərxoş sürücülük həm qanuna, həm insan taleyinə hörmətsizlikdir”

Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycanda sərxoş vəziyyətdə sərnişin daşıyan “İsuzu” markalı avtobus sürücüsü həbs edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yoxlama zamanı sürücü Ağcabədi rayonu sakini Tural Hüseyn oğlu Əliyevin alkoqollu içki qəbul etməsinə əsaslı şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinə nəticəsində sürücünün sərxoş vəziyyətdə olduğu təsdiqlənib. 

Sürücülərin sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə etməsi sərnişin və piyadaların təhlükəsizliyi baxımından böyük risk faktorudur.

Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Sherg.az-a açıqlama verib:

"Sürücülük vəsiqəsi olan şəxsin spirtli içkinin təsiri altında yol hərəkəti qaydalarını pozması və ya nəqliyyat vasitəsini idarə etməsi həm Azərbaycan qanunvericiliyinə, həm də insan taleyinə qarşı hörmətsizlikdir. Əgər söhbət avtobus kimi kütləvi sərnişin daşıyan nəqliyyat vasitəsindən gedirsə, məsələ daha da ciddiləşir və təhlükənin miqyası artır. Bu isə tamamilə yolverilməzdir və qanunvericiliyə ziddir. Belə hallarda sürücünün məsuliyyətə cəlb olunması, zərurət olduqda həbs edilməsi vacibdir. Bu həm onun məsuliyyətini dərk etməsi, həm də cəmiyyət üçün maarifləndirici təsir baxımından əhəmiyyətlidir". 

Ekspert ədalətli cəzanıb yalnız hüquqi əsaslarla tətbiq olunmalı olduğunu bildirib: 

"Heç kəs qanunlara qarşı hörmətsizlik etməməlidir. Belə hallar yolverilməzdir".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
48
40
sherg.az

10Mənbələr