EN

Robbi Kin: “Ferentsvaroş” və “Qarabağ” eyni gücdədir”

“Qarabağ” və “Ferentsvaroş” komandalarının gücü bərabərdir.

Bakues.az xəbər verir ki, bunu Macarıstan təmsilçisinin baş məşqçisi Robbi Kin mətbuat konfransında deyib.

İrlandiyalı mütəxəssis Azərbaycan çempionuna qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında fikirlərini bölüşüb.

“İki komandanın gücü demək olar ki, bərabərdir. İstədiyimiz kimi oynasaq, rəqibə çox problem yarada bilərik”.

Qeyd edək ki, “Ferentsvaroş” – “Qarabağ” oyunu avqustun 19-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də başlayacaq.

Chosen
51
50
icma.az

10Sources