EN

Zelenskidən SOCAR-ın yanacaqdoldurma məntəqəsinin vurulmasına – Reaksiya


Xəbər verdiyimiz kimi, Rusiya Ukraynada SOCAR-a (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti) məxsus yanacaqdoldurma məntəqəsini vurub.
Yeniavaz.com
xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski öz “X” hesabında məsələyə münasibət bildirib.
“Rusiyanın Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinə qəsdən zərbə endirməsi həm bizə qarşı hücum, həm də münasibətlərimizə və enerji təhlükəsizliyimizə qarşı yönəlmiş addım idi”, - Zelenski qeyd edib.
O bildirib ki, hər kəsin sülh üçün çalışdığı bir vaxtda ruslar Xarkov, Zaporojye, Sumı vilayəti və Odesaya hücum edib, yaşayış binalarını və mülki infrastrukturu dağıdıblar:
“Ruslar qəsdən insanları, xüsusən də uşaqları öldürürlər. Hazırda Xarkovda pilotsuz aparat zərbəsi nəticəsində yeddi nəfər həlak olub, onlardan ən kiçiyi cəmi bir yaş yarımlıq qızdır, həmçinin uşaqlar da daxil olmaqla onlarla insan yaralanıb.
Chosen
30
50
yeniavaz.com

10Sources