EN

Zədəlilər qayıdır – “Turan Tovuz”a sevindirici xəbər

“Turan Tovuz”un zədəli futbolçularından yeni xəbər var.

İdmanxeber.az-a verilən məlumata görə, ötən mövsüm zədələnən hücumçu Jo Batista artıq fərdi məşqlərə başlayıb. O, qısa vaxtda sonra komandayla hazırlıqlara başlayacaq. Futbolçunun təxminən 2-3 tur sonra meydana çıxa biləcək.

Komandaya daha biri şad xəbər isə komandanın yeni transferi David Tavareşdən gəlib. Təlim-məşq toplanışında zədələnən oyunçu yavaş-yavaş özünə gəlir. O, artıq həkim nəzarətində məşqlərə başlayıb. 

Xatırladaq ki, “Turan Tovuz” Misli Premyer Liqasının II turunda “Araz Naxçıvan”la üz-üzə gələcək. Matç ayın 24-də, saat 19:30-da start götürəcək.

Chosen
18
25
idmanxeber.az

10Sources