"İmişli"nin yeni transferi Ronaldo Rodriges Misli Premyer Liqasının 1-ci turunda "Turan Tovuz"la keçiriləcək oyunla bağlı danışıb.
QOL.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında deyib:
"Turan Tovuz"la oyun gərgin olacaq. Amma yaxşı çıxış etmək və müsbət nəticə qazanmaq üçün hər gün məşq edirik. Mən komandama inanıram. Ümid edirəm ki, çempionata yaxşı start vermək üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, Misli Premyer Liqasında mövsümə avqustun 15-də start veriləcək. "İmişli" - "Turan Tovuz" oyunu avqustun 16-da, saat 17:00-da başlayacaq.