EN

35 minlik qızıl hanı? “Bu epizod müğənninin xeyrinə ola bilər”

Yenisabah saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Niyə uzun illər Rusiyada yaşayan Rəqsanə İsmayılova məhz Azərbaycana qayıtdıqdan sonra saxlanılıb? Səbəb budur ki, onun barəsində cinayət işi Azərbaycanda açılıb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib".

Bu sözləri "Yeni Sabah"a hüquqşünas Ayxan Məmmədli deyib.

O bildirib ki, şikayətdən sonra Rəqsanə İsmayılova ölkə xaricində olsaydı, Azərbaycan tərəfi beynəlxalq axtarış elan etməli idi: pizza mizza

"Müğənni Rəqsanə İsmayılovanın həbsi ilə bağlı bir sıra hüquqi məqamları qeyd etmək vacibdir. İlk növbədə sual yaranır ki, niyə uzun illər Rusiyada yaşayan İsmayılova məhz Azərbaycana qayıtdıqdan sonra saxlanılıb?

Səbəb budur ki, onun barəsində cinayət işi Azərbaycanda açılıb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu halda təqsirləndirilən şəxs ölkə ərazisinə daxil olan kimi hüquq-mühafizə orqanları hərəkətə keçir.

Əgər həmin şəxs xaricdə olsaydı, Azərbaycan tərəfi beynəlxalq axtarış elan etməli, saxlanılma isə həmin ölkənin hüquq-mühafizə orqanları vasitəsilə həyata keçirilməli idi.

A. Məmmədlinin sözlərinə görə, əgər işdə adı hallanan əşyalar (qızıl zinət əşyaları - red.) artıq satılıbsa, bu halda zərərçəkmişin təqdim etdiyi qəbzlər, qiymətləndirmə sənədləri, fotoşəkillər və ya şahid ifadələri də maddi sübut kimi qəbul oluna bilər:

"Məsələnin digər tərəfi zərərçəkmişin iddiasında göstərilən 35 min manatlıq qızıl-zinət əşyaları ilə bağlıdır. Qanunvericiliyə görə, belə əşyaların axtarışı yalnız məhkəmənin qərarı əsasında mümkündür. İstintaq orqanları təqsirləndirilən şəxsin evində, avtomobilində, bank hücrəsində və ya digər yerlərdə axtarış apararaq qızılları müsadirə edə bilərlər.

Əgər həmin əşyalar artıq satılıbsa, bu halda zərərçəkmişin təqdim etdiyi qəbzlər, qiymətləndirmə sənədləri, fotoşəkillər və ya şahid ifadələri də maddi sübut kimi qəbul oluna bilər".

Ayxan Məmmədlli qeyd edib ki, qızıl-zinət əşyalarının sübut kimi qəbul olunması yalnız onların real təqdimatı və ya həmin faktı təsdiqləyən rəsmi sənədlərin mövcudluğu ilə mümkündür. 

"Bununla belə, hər bir sübutun hüquqi qüvvəsi onun mövcudluğu və obyektivliyi ilə bağlıdır. Əgər zərərçəkmiş yalnız sözlü bəyanatla kifayətlənir və iddiasını təsdiqləyən heç bir fakt təqdim etmirsə, bu, istintaqda zəif əsas kimi qiymətləndirilir. Müdafiə tərəfi də belə hallarda bu arqumenti məhkəmədə iddianın əsassızlığı kimi qaldıra bilər.

Buna görə də prokurorluq hökmən əlavə sübut bazası toplamalıdır – bank əməliyyatları, yazışmalar, şahid ifadələri və digər təsdiqləyici materiallar iş materiallarına əlavə olunmalıdır. Nəticə etibarilə, Rəqsanə İsmayılovanın saxlanılması Azərbaycanda çıxarılan məhkəmə qərarının icrası ilə bağlıdır.

Qızıl-zinət əşyalarının isə sübut kimi qəbul olunması yalnız onların real təqdimatı və ya həmin faktı təsdiqləyən rəsmi sənədlərin mövcudluğu ilə mümkündür. Əks halda, bu epizod məhkəmədə müdafiə tərəfinin xeyrinə işləyə bilər".

Xatırladaq: Rəqsanə İsmayılova Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib. Bu maddənin sanksiya həddində 10 ildən 14 ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.

Aydan Hacı 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
101
50
yenisabah.az

10Sources