Xəbər verildiyi kimi, 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etmələri ilə bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.
“Qafqazinfo” xəbər verir ki, onlar polis əməkdaşları tərəfindən saxlanılaraq təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.
Müvafiq qərarla saxlanılanların hər biri barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.