EN

Azərbaycana buğda idxalı 36%-dən çox artıb

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan 646 335.47 ton buğda idxal edib.

Banker.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu həcmdə buğdanın dəyəri 140 milyon 138 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 40.3%, dəyər baxımından isə 36.5% artıb.

2024-cü ilin 7 ayında isə Azərbaycana 102 milyon 621 min dollar dəyərində 460 645.49 ton buğda idxal edilmişdi.

Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1.03%-ni təşkil edib.

Chosen
10
31
banker.az

10Sources