AZ

Azərbaycan buğda idxalını 40 %-dən çox artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 646 min 335 ton buğda idxal edib.

Bakues.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə buğdanın dəyəri 140 milyon 138 min ABŞ dolları olub.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 185 min 690 ton (40,3 %), dəyər baxımından isə 37 milyon 518 min ABŞ dolları (36,5 %) çoxdur.

Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1 %-ni təşkil edib.

Seçilən
6
24
icma.az

10Mənbələr