Ukrayna Azərbaycandan qaz idxalını davam etdirməyə hazırlaşır.
Operativ Media xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyinin rəhbəri Qrinçuk bildirib.
Bildirilib ki, Trans-Balkan dəhlizi ilə Azərbaycandan Ukraynaya qaz nəqlinin sınaq layihəsi artıq başa çatıb.
"Hazırda danışıqlar aparırıq. Azərbaycan bunda maraqlıdır. Müqavilə bağlasaq, tədarükü 2025-ci ilə qədər uzadacağıq".- deyə nazir qeyd edib.