Rusiya Prezidenti Vladimir Putin və Tacikistan Prezidenti Emoməli Rəhmon arasında telefon danışığı olub.
Operativ Media xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Məlumata görə, Putin Rahmonu Ankoricdə keçirilən Rusiya-ABŞ görüşünün nəticələri barədə məlumatlandırıb.
Rahmon Ukrayna böhranının siyasi və diplomatik yolla həllinə yönəlmiş addımları alqışlayıb.