AZ

Ukrayna Azərbaycandan qaz almağa davam etmək istədiyini açıqlayıb

Ukrayna Azərbaycan dövlət neft şirkəti SOCAR-la qazın nəqli ilə bağlı danışıqlar aparır. Hər şey plan üzrə getsə, bu, istilik mövsümündən əvvəl reallaşa bilər.

Operativ Media  UNN agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna Energetika Naziri Svetlana Qrinçuk hökumətin fəaliyyət proqramının təqdimatı zamanı bildirib.

“Hazırda danışıqlar aparırıq, Azərbaycan tərəfi maraqlıdır. Əgər biz müqaviləni imzalaya bilsək, bunu istilik mövsümündən əvvəl edəcəyik,” – deyə o bildirib.

Qrinçuk əlavə edib ki, hazırda SOCAR obyektlərinə Rusiyanın neçə hücum həyata keçirdiyini demək çətindir:

“Çox sayda hücumlar həyata keçirilir,” – deyə o qeyd edib.

Seçilən
15
50
operativmedia.az

10Mənbələr