EN

Ölkəmizdə sığınacağa yerləşdirilən əcnəbi qadınların SAYI – Hansı ölkənin VƏTƏNDAŞLARI VAR?

“Bu il 6-ı qadın, 8-i uşaq  olmaqla 14 əcnəbi sığınacağımıza yerləşdirilib”.

News24.az bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri Bizim.Media-ya açıqlamasında “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib.

Azərbaycanda mavritaniyalı qadın övladları ilə birgə sığınacağa YERLƏŞDİRİLDİ - VİDEO

Onun sözlərinə görə, hazırda həmin əcnəbilərdən sığınacaqda qalan yoxdur.

“Əcnəbilərdən 3-ü Ukrayna, 1-i Özbəkistan, 1-i Gürcüstan, 1-i isə Mavritaniya vətəndaşı olub”.

Xatırladaq ki, bir müddət öncə mavritaniyalı qadın və iki uşağı məişət zorakılığına məruz qaldıqları üçün“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilmişdilər.

Mehriban Zeynalova həmin qadın və övladlarının sığınacaqdan niyə getdiyindən də danışıb. O bildirib ki, qadın ərinin yanına qayıdıb.

“Qadının ailəsində məişət zorakılığı var idi. O da öz ölkəsinə qayıtmaq istəyirdi.  Uşaqların ölkədən çıxarılması üçün əri razılıq verməli idi. Qadın da qərara gəlmişdi ki, yol pulu tapıb, uşaqları qoyub, getsin. Düşünürdü ki, sığınacaqlar yol pulu verir. Bizdə isə o maliyyə imkanı yoxdur. O da ona pul lazım olduğunu deyərək sığınacağı tərk etdi”,-deyə müsahibimiz qeyd edib.

Chosen
26
15
news24.az

10Sources