EN

Bu ölkədə meşə yanğınları davam edir

İspaniyanın müxtəlif bölgələrində geniş miqyaslı meşə yanğınları davam edir.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kastiliya və Leondakı 19, Asturiyada 12, Qalisiyada isə 9 yerdə yanğınlar hələ də nəzarət altına alınmayıb.

Ümumilikdə, İspaniyanın 40-dan çox yerində baş verən yanğınlar 115 min hektar ərazini zərərbər edib. Minlərlə insan təxliyə olunub, dörd nəfərin isə həyatını itirdiyi bildirilib.

İspaniya Meteorologiya Xidməti, bəzi bölgələr üçün qırmızı həyəcan siqnalı verib və temperaturun 44 dərəcəyə çatacağı proqnozlaşdırılır. Yanğınların söndürülməsi üçün təxirəsalınmaz tədbirlər görülür.

Chosen
62
50
manset.az

10Sources