EN

Kənan Hakimov: "Ağdam təmsilçisi" "Ferentsvaroş" "Şelbrun" və "Şkendiya"dan güclüdür

"Qarabağ"ın ikinci dəfə Avropanın bir nömrəli klub turnirində əsas mərhələyə yüksəlmək üçün yaxşı şansı var

"Hər top itkisindən sonra yenidən üstünlük qazanmaq üçün çox çalışmalı olacağıq".
Bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"la matç üçün Macarıstan səfərinə yollanan "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "CBC Sport" kanalına açıqlamasında bildirib.
"Ümumilikdə pis hazırlıq keçmədik. Rəqibi tam yaxından tanımırıq, amma istədiyimiz qaydada hazırlaşa bildik. "Ferentsvaros" tam fərqli sistemdə oynayır və çox fiziki güc sərf etməli olacağıq. Hücuma çox tez keçən komandadır. Standart vəziyyətlərdən ciddi yararlanırlar və sərt oyun nümayiş etdirirlər. Bəlkə də bizə uyğun olmayan rəqibdir. Hər top itkisindən sonra yenidən üstünlük qazanmaq üçün çalışmalı olacağıq. Oyunun başlanğıcı bizə çətin ola bilər".
Q.Qurbanov əlavə edib ki, qarşılaşma baxımlı olmaya bilər, çünki rəqib daha çox nəticəyə oynayır.
"Biz maksimum nəticə əldə edərək ölkəyə qayıtmaq istəyirik. Şanslarımızı 50-nin 50-yə dəyərləndirirəm".


İctimai Televiziyanın İdman departamentinin rəhbəri Kənan Hakimov "Sherg.az"a bildirib ki, "Qarabağ"ın ikinci dəfə Avropanın bir nömrəli klub turnirində əsas mərhələyə yüksəlmək üçün yaxşı şansı var:

“Bəli "Ağdam təmsilçisi" "Ferentsvaroş" "Şelbrun" və "Şkendiya"dan güclüdür. Amma istənilən halda bu pley-offda qarşılaşa biləcəyimiz rəqiblər arasında daha münasibdir. Şanslar bərabərdir. "Qarabağ"ın əsas üstünlüyü təcrübədir. O baxımdan ki, Qurban Qurbanov artq uzun illərdir ki, Ağdam klubuna başçılıq edir. Komandanın onurğa sütunu qorunub saxlanılıb. Kadi, Yankoviç, Zubir və Andrade arasında anlaşma yüksək səviyyədədir və qeyd edilən futbolçulardan hər biri oyunu üzərinə götürə biləcək səviyyədədir. Bu baxmdan liderlik keyfiyyətlərinə görə Yankoviç, Kadi və Zubiri fərqləndirmək olar. "Qarabağ" daha sürətlidir və topu özündə saxlayaraq rəqibi onun istədiyi futbolu oynamağa məcbur edəcək səviyyədədir. Üstəlik heyət kifayət qədər genişdir, yeni transferlər keyfiyyət baxımından əsas heyət üzvlərindən geri qalmır. Bir sözlə "Qarabağ" şanslı görünür. Amma bu üstünlüyü meydanda da nümmayiş etdirmək lazımdır. İnanıram ki, "Qarabağ" ÇL-nin liqa mərhələsinə yüksələrək növbəti dəfə Avropanın top komandalarını Bakıya gətirməyi bacaracaq”.
Chosen
16
50
sherg.az

10Sources