"Çox güman ki, bu səfərdə “Tramp marşrutu” da müzakirə olunacaq".
Bu sözləri "Yeni Sabah"a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Məsiağa Məhəmmədi bildirib.
O, Məsud Pezeşkianın Ermənistana səfərinə dair fikirlərini bölüşüb. pizza sifarişi
Baş məsləhətçinin sözlərinə görə, səfər ikitərəfli münasibətlərə və iqtisadi əlaqələrin genişlənməsinə dair bir sıra layihələri əhatə edir:
“Çox güman ki, bu səfərdə “‘Tramp marşrutu” da müzakirə olunacaq. Çünki dəhlizə görə İranda müəyyən narahatlıqlar yaradıb. Vaşinqtonda sənədlərin imzalanmasından sonra ona müxtəlif reaksiyalar olub".
M. Məhəmmədi bildirib ki, Məsud Pezeşkianın görüşdən əvvəl Zəngəzur məsələsini “xırda məsələ” adlandırıb, sonrakı açıqlamasında İran mətbuatının bu mövzunu şişirdiyini vurğulayıb:
“Əslində məsələ İran mətbuatının təqdim etdiyi kimi deyil. Böyük ehtimalla, İrəvanda bu mövzunun detalları da müzakirə olunacaq. Hətta artıq müzakirələrin başladığını da söyləmək mümkündür".
Ekspert əlavə edib ki, Vaşinqton üçtərəfli bəyannamənin açıqlanmasından sonra Məsud Pezeşkianla Nikol Paşinyan arasında telefon danışıqları, həmçinin xarici işlər nazirlikləri səviyyəsində təmaslar həyata keçirilib:
“Ermənistanın xarici işlər nazirinin müavini də Tehrana səfər edərək müxtəlif rəsmilərlə görüşüb və Zəngəzur dəhlizi ilə bağlı bir sıra məqamları İran tərəfinin diqqətinə çatdırıb".
Məsiağa Məhəmmədinin sözlərinə görə, Pezeşkian hökumətinin dəhliz məsələsinə yanaşması kifayət qədər təmkinlidir:
“Onlar düşünürlər ki, imzalanan razılaşmada İranın istəkləri nəzərə alınıb. Sadəcə, dəhlizin Amerika şirkətinin idarə etməsi ilə bağlı narahatlıq var. Böyük ehtimalla, bu məsələ də Ermənistanda müzakirə ediləcək".
Ekspert qeyd edib ki, hazırda həm Pezeşkianın, həm də İran XİN-in açıqlamaları əvvəlki dövrlərlə müqayisədə daha təmkinli və pozitivdir:
“Son vaxtlar Pezeşkian hökuməti “qırmızı xətt” ifadəsini işlətmir. İran prezidenti “Əl-Cəzirə” telekanalına verdiyi müsahibədə də bildirmişdi ki, Tehranın yeganə qırmızı xətti beynəlxalq hüququn normalarına və dövlətlərarası müqavilələrə əməl olunmasıdır. Hökumət səviyyəsində sərt ritorikadan imtina olunub, amma ekspertlər və media hələ də müxtəlif yanaşmalar ortaya qoyurlar. Hələlik görünən odur ki, İranda Tramp marşrutu ilə bağlı vahid mövqe yoxdur".
Rəvan Rzazadə
Telegram kanalımız