Aktual.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Ermənistan səfər öncəsi mediaya verdiyi açıqlamasında deyib.
"Bu səfər bizim qonşu ölkələrlə prioritet olaraq həyata keçirdiyimiz səfərlərin davamıdır. Bu səfərlər ali rəhbərin ümumi siyasətinə və təlimatlarına əsaslanır", - Pezeşkian bildirib.
Pezeşkianın sözlərinə görə, səfər zamanı Şərqdən Qərbə ticarət yolunu genişləndirmək üçün Şimal-Cənub Dəhlizi və Şərq-Qərb marşrutunu müzakirə edəcək.
İran Prezidenti, həmçinin ABŞ şirkətinin bölgədə olması barədə suala da cavab verib:
"Mövcud olan narahatlıq Amerika şirkətlərinin bölgədə olmasıdır. Onların şirkət adı ilə bölgəyə girib başqa işlər görəcəkləri ilə bağlı narahatlıq var. Təcrübə bunu göstərdi. Bu narahatlıqla bağlı müzakirələrimiz olacaq".