EN

Rusiyada bir gecədə üç nəfər bıçaqlanıb

Ajans.az E1-ə istinadən xəbər verir ki, birinci hadisə mağaza yaxınlığında baş verib – kişi arvadını gözləyərkən bıçaqla hücuma məruz qalıb. Daha iki sakin isə supermarket və 24 saatlıq mağaza yaxınlığında bıçaqlanıb. İlkin məlumata görə, hücumlar bir-biri ilə əlaqəli deyil. Bütün qurbanlar hazırda sağdır və tibbi yardım alıblar.

Polis hadisələri araşdırır və ictimaiyyətə təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edib.

Chosen
43
20
Ajans.az

10Sources