AZ

Lökbatanda yaşayış binasında PARTLAYIŞ: "Silkələnməyə oyandıq, çölə çıxa bilmirdik" - VİDEO

Qaradağ rayonunda partlayış baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Lökbatan qəsəbəsindəki beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsindəki mənzildə qeydə alınıb.

Yanğınla nəticələnən partlayış zamanı ev sahibi müxtəlif dərəcəli xəsarətlər alıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və təcili tibbi yardım briqadasının əməkdaşları cəlb olunublar.

Yaralı xəstəxanaya çatdırılıb, yanğının qarşısı tez bir zamanda alınıb.

"Hadisə səhər baş verib. Həmin vaxt biz yatmışdıq. Silkələnməyə oyandıq ki, partlayış olub. Hadisə qaz sızması nəticəsində baş verib. Partlayışa görə qapı kilidlənmişdi, çölə çıxa bilmirdik. FHN əməkdaşları gəlib bizi çıxardılar", - qonşulardan biri söyləyib.

Ətraflı Baku TV-nin süjetində:

 

 

Seçilən
18
43
redaktor.az

10Mənbələr