"Biz, hərbçilər deyirik ki, sülh istəyirsənsə, müharibəyə hazırlaş. Ən yaxşı müdafiə hücumdur".
Yenisabah.az noornews-a istinadla xəbər verir ki, bunu Ayətullah xamnəinin hərbi müşaviri Rəhim Səfəvi deyib.
Onun sözlərinə görə, İsraillə daha bir müharibənin baş verməsi ehtimalı var: Bundan sonra daha müharibə olmaya bilər. Biz, hərbçilər ssenarilər yaradırıq, ən pisini görürük və bunun üçün plan hazırlayırıq. Toyuqlu pizza
İndi atəşkəs rejimində deyilik, əslində, yeni müharibə mərhələsindəyik. Atəşkəs hər an pozula bilər, çünki bizimlə ABŞ və İsrail arasında heç bir protokol və ya yazılı razılaşma yoxdur".
General Səfəvi əlavə edib: "Atəşkəs atəşin dayandırılması deməkdir. Amerika və İsrail deyir ki, güc yoluilə sülh yaradacağıq. İran regionda və bütün dünyada güclü olmalıdır. Təbiət sistemində zəifliyi olan özü üçün güc toplayır. Odur ki, diplomatik, media, raket və dron istehsalı, habelə kiberhücum sistemini və strategiyasını gücləndirməliyik.
Biz, hərbçilər deyirik ki, sülh istəyirsənsə, müharibəyə hazırlaş. Ən yaxşı müdafiə hücumdur".
Telegram kanalımız