EN

DİN süni intellektin tətbiqi sahəsində yeni mərhələyə keçir - Osman Gündüzün şərhi

Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsinin süni intellektin tətbiqi ilə bağlı elan etdiyi genişmiqyaslı tender sabah başa çatır.
Layihənin məqsədi yalnız polis sistemində süni intellektin tətbiqi üçün konseptual sənəd hazırlamaq deyil, həm də real həllərin hazırlanması və sınaqdan keçirilməsidir.
Diqqət cəlb edən məqam həm də yerli mütəxəssislər və milli ekspertlərə üstünlük verilməsidir.
Baş idarə aşağıdakı işləri görməyi nəzərdə tutub :
• Polis sistemində süni intellektin tətbiqi üzrə strateji yol xəritəsinin hazırlanması
Bu məqsədlə mövcud rəqəmsal infrastrukturun və informasiya sistemlərinin təhlili, monitorinq və qiymətləndirmə mexanizmlərinin hazırlanması, beynəlxalq təcrübənin öyrənilməsi;
• Elmi tədqiqatların aparılması, beynəlxalq konsaltinq qurumunun və 3 yerli universitetin milli ekspertlərinin iştirakı ilə texniki və hüquqi əsaslandırmaların hazırlanması;
• Süni intellekt həllərinin effektivliyini həmin etmək və real ssenarilər üzrə öyrədilməsi məqsədilə müxtəlif açıq mənbələrdən (rəsmi məlumat bazaları, vizual arxivlər, ictimai müşahidə görüntüləri və s.) məlumatların toplanması, ilkin emalı və təmizlənməsi;
• Toplanmış təmiz datanın süni intellekt modellərinin öyrədilməsi, test edilməsi və performansının qiymətləndirilməsi üçün istifadəsi və s.
Görünən odur ki, Baş idarə texnoloji infrastrukturu süni intellekt əsasında tam modernləşdirmək niyyətindədir.
Tenderin məzmunundan görsənir ki , DİN daxili işlər orqanlarında süni intellekt texnologiyalarının tətbiqi üçün strateji baxışla yanaşı, həm də real ssenarilər üzrə sınaqdan keçirilmiş, yerli mütəxəssislər tərəfindən yerli şəraitə uyğunlaşdırılmış praktik həllərin hazırlanmasını nəzərdə tutub.
Burada diqqət çəkən məqam həm də odur ki, DİN bu məsələdə elmi tədqiqatlara da üstünlük verib.
DİN universitetlərlə əməkdaşlıq və beynəlxalq ekspertlərin iştirakı ilə layihəyə həm elmi güc qatmaq, həm də gələcəkdə düzgün qərarların qəbulu üçün elmi əsasları təmin etmək niyyətindədir.
Xatırladıram ki DİN-in bu Baş idarəsi Azərbaycanda İT sahəsində ən böyük strukturlardan biridir.
Xeyli peşəkar developerlər, analitiklər burada çalışır.
Baş İnformasiya Kommunikasiya İdarəsinin polis sistemində süni intellektin tətbiqi istiqamətindəki səyləri təqdirə layiqdir.
Tenderin ehtimal olunan qiyməti təxminən 6.6 milyon manatdır.
Ümid edirəm peşəkar bir komanda, sektorda öz sözünü deyən bir şirkət bu tenderin qalibi olacaq və keyfiyyətli bir iş ortaya çıxaracaq.
Düşünürəm ki, süni intellekt texnologiyalarının tətbiqi ictimai təhlükəsizliyin gücləndirilməsi üçün yetərincə faydalı bir addımdır. Bununla da DİN sistemində çevik qərarvermə və daha doğru qərarların qəbulu üçün, məlumatların səmərəli idarəsi və xidmətlərin müasir standartlara uyğunlaşdırılması üçün yeni imkanlar yaranacaq.

Osman GÜNDÜZ

Chosen
53
50
aznews.az

10Sources