EN

Dmitriyev: “Tramp və komandası Ukraynadakı...”

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Prezidenti Donald Tramp və komandası Ukraynadakı münaqişəyə qalıcı həll tapmaq üçün səylər göstərir.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiyanın Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Prezident Nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev, Trampın Avropalı liderlərlə keçirəcəyi görüşdən öncə verdiyi açıqlamada bildirib.

“Tramp və komandası həqiqi bir həll üçün təzyiq göstərir. Bu böyük gündə problem həll olunsun və sülh qalib gəlsin”, - deyə Dmitriyev “X” sosial şəbəkəsində, Ağ Ev tərəfindən Avropa dövlət başçıları ilə keçiriləcək görüşlərə dair paylaşıma cavab olaraq yazıb.

Xatırladaq ki, daha əvvəl Tramp “Truth Social” platformasında bazar ertəsinin Ağ Ev üçün “böyük bir gün” olacağını, çünki “eyni vaxtda heç bu qədər çox Avropalı liderin gəlmədiyini” bildirmişdi.

Nigar Hacılı 

"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
53
50
cebheinfo.az

10Sources