EN

ABŞ-da nəhəng qiymətli metal yatağı tapıldı

Çin hazırda bu metalın çıxarılması üzrə dünya bazarında üstünlük təşkil edir.

QHT.az xəbər verir ki, ABŞ-da nəhəng litium (“ağ qızıl”) yatağı aşkar edildi. ABŞ-ın Arkanzas, Luiziana və Texas ştatlarının qovşağında yerləşən Ark-La-Tex bölgəsində böyük litium yatağı tapılıb. Ekspertlər bunu “oyun qaydalarını dəyişəcək” kəşf adlandırır.

Layihəni Energy Exploration Technologies (EnergyX) şirkəti həyata keçirir. Onların “Project Lonestar” adlanan proqramı ilkin mərhələdə ildə 5 min ton, sonradan isə 25 min ton litium hasil etməyi hədəfləyir.

Şirkətin baş direktoru Tiq Egan bildirib ki, bu layihə ABŞ-ın bərpa olunan enerji materialları üzrə xarici tədarükdən asılılığını azaltmağa kömək edəcək.

Hazırda qlobal litium bazarında əsas söz sahibi Çin olsa da, ABŞ-dakı yeni yataqlar ölkəyə ciddi iqtisadi və geosiyasi üstünlüklər qazandıra bilər.

 

R.İmanov

Chosen
9
28
qht.az

10Sources